Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Tayvan boğazında vəziyyətin mümkün gərginləşməsi halında Rusiya Çin Xalq Respublikasını dövlət birliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyəcək.O, bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş müsahibəsində TASS agentliyinə açıqlama verib.
“Əgər Tayvan boğazında vəziyyətin mümkün kəskinləşməsindən söhbət gedirsə, belə hallarda fəaliyyət qaydaları ikitərəfli münasibətlər üçün əsas sənəd olan, 16 iyul 2001-ci il tarixli Çin Xalq Respublikası ilə mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilədə əks olunub. Bu sənəddə təsbit edilmiş əsas prinsiplərdən biri dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələlərində qarşılıqlı dəstəkdir”, – deyə Sergey Lavrov qeyd edib.
Tehsil-press.az















