1 milyard avroluq nəhəng əyləncə parkı

1 milyard avroluq nəhəng əyləncə parkı Rumıniyada, Buxarestə yaxın ərazidə “Dracula Land” adlı irimiqyaslı tematik əyləncə parkının inşası gündəmdədir.

Layihənin ümumi dəyəri 1 milyard avro olaraq qiymətləndirilir.

İnvestorların açıqlamasına görə, park fəaliyyətə başladığı ilk illərdə təxminən 3 milyon ziyarətçi cəlb edə, minlərlə yeni iş yeri yarada bilər. Hələlik layihə plan mərhələsindədir, lakin hava limanı yaxınlığında torpaq sahəsi artıq alınıb, konsepsiya hazırdır. Tərəfdaşlar arasında Deloitte kimi iri konsaltinq şirkətləri və Europa-Park ilə əməkdaşlıq edən attraksion istehsalçıları da yer alır.

Məlumata görə, qrafikə uyğun irəliləmə olarsa, tikinti işlərinə gələn ilin payızında başlanması nəzərdə tutulur.

“Dracula Land” altı əsas tematik zonadan ibarət olacaq:

Transilvaniya kəndi

Drakula qalası

Ailəvi istirahət zonası

Viktorian dövrü Londonu

Vudu ab-havalı Yeni Orlean

“Ay işığı” adlı gecə şouları üçün xüsusi zona

Layihəyə həmçinin 22,5 min tamaşaçı tutumlu arena, akvapark, üç otel, outlet-kənd, eləcə də yarış treki daxildir.

Tehsil-press.az

Oxşar xəbərlər