Almaniya kansleri Fridrix Merts bu barədə X hesabında yazıb. O, Avropa və Kanada tərəfdaşlarının iştirakı ilə "başqa bir məsləhətləşmə mərhələsinin" keçirildiyini bildirib: "Biz sülh prosesini irəli aparırıq. İndi Rusiya da daxil olmaqla hər kəsdən şəffaflığa və dürüstlüyə ehtiyacımız var".
Bu arada, Sky News-un məlumatına görə, Polşanın Baş naziri Donald Tusk da danışıqlardan sonra Polşa hökumətinin iclasında müsbət əlamətlərdən bəhs edib. O, müharibənin gözləniləndən daha tez bitəcəyinə inanmaq üçün əsas olduğunu bildirib: "Üfüqdə sülh görünür. Şübhəsiz ki, bu müharibənin və olduqca tez bitəcəyinə ümid etməyə əsas verən hadisələr baş verib".
Eyni zamanda Polşanın Baş naziri həddindən artıq nikbinliyə qarşı xəbərdarlıq edərək, bunun sadəcə bir ümid olduğunu, zəmanətli nəticə olmadığını vurğulayıb: "Bu, hələ də bir ümiddir, amma 100 faiz əminlikdən uzaqdır".
Tusk bildirib ki, sülh üçün Ukrayna ağrılı ərazi qərarı verməli olacaq.
Tehsil-press.az








