BƏƏ-də öldürülən biznesmen və həyat yoldaşının meyiti Rusiyaya gətirildi

BƏƏ-də öldürülən biznesmen və həyat yoldaşının meyiti Rusiyaya gətirildi Birləşmiş Ərəb Əmirliklərində qətlə yetirilən “Durovun dostu" adlandırılan rusiyalı kripto biznesmeni Roman Novak və həyat yoldaşı Annanın meyitləri Sankt-Peterburqa çatdırılıb.

Bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, Dubayda yaşayan cütlük noyabr ayında itkin düşüb. Müstəntiqlərin sözlərinə görə, cütlük oktyabrın 2-də Hattada investorlarla görüşməli idilər. Şəxsi sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, orada başqa bir maşına minib görüşə gediblər, sonra əlaqə kəsilib.

Müstəntiqlər Novakovların kriptovalyuta ələ keçirmək məqsədilə qaçırıldığını və daha sonra öldürüldüyünü düşünürlər.

Dekabrın əvvəlində isə onların səhrada basdırılmış meyitləri aşkar edilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq çərçivəsində artıq Sankt-Peterburqda və Rusiyanın cənubunda səkkiz nəfər saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər