Türkiyədə 1 ailənin qətlinin - Təfərrüatı

Türkiyədə 1 ailənin qətlinin - Təfərrüatı Türkiyənin Konya şəhərində bir ailənin 7 üzvünün qətli ilə bağlı detallar məlum olub.
Qətl iki ailə arasında 11 il əvvəldən başlayan davaya görə törədilib.
Belə ki, qətlə yetirilən Yaşar Dədəoğluna aid pişiyi 2010-cu ildə qonşusu Lütfi Keleşin ailəsi öz evlərinə aparıb. Elə həmin ilin iyulunda Lütfi Keleş, həyat yoldaşı Ayşe Keleş və qayınanası İsmixan Altun tarlada olarkən Yaşar Dədəoğlu onları təhqir edib. Bundan sonra hər iki ailə bir-birindən məhkəməyə şikayət verib.
İki ailə arasında bu il mayın 12-də yenidən dava çıxıb. Bu zaman Ayşe Keleş və əri Lütfi Keleş başda olmaqla 16 nəfər saxlanılıb. Ayşe Keleş bir müddət sonra azadlığa buraxılsa da, ərinin həbsi hələ də davam edir.
İki ailə arasında sonuncu dava isə mayın 20-də başlayıb. Bu zaman 20 nəfər polis tərəfindən nəzarətə götürülüb və onlar haqqında araşdırmlara başlanılıb.
İyulun 30-da Yaşar Dədəoğlunun qonşusu Lütfi Keleşin qayınatası Mehmet Altun onun evinə gələrək ailə üzvləri ilə bir müddət söhbət etdikdən sonra sellofandan çıxardığı silahla atəş açıb. Yaşar (65), İpək (62), Serap (36), Serpil (32) Sibel (30), Metin (45) və Barış Dədəoğlu (35) açılan atəş nəticəsində qətlə yetirilib. Mehmet Altun daha sonra onların öldüyünə əmin olmaq üçün hər birinə yenidən atəş açıb, daha sonra isə evi yandırıb. Baş verənlər təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisədən sonra Türkiyə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən istintaq başladılıb, 14 nəfər saxlanılıb.
Qeyd edək ki, Mehmet Altun hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun yaxalanması istiqamətində işlər aparılır.
Öldürülən Yaşar Dədəoğlunun İngiltərədə yaşayan oğlu Çetin Dədəoğlu hadisə baş verən gün təyyarədə olub və ailəsinin qətli xəbərini də orada öyrənib.

Tehsil-press.az


Oxşar xəbərlər