Sankt-Peterburq metrosunda partlayış: 10 ölü, 50 yaralı (YENİLƏNİB-3)

Sankt-Peterburq metrosunda partlayış: 10 ölü, 50 yaralı (YENİLƏNİB-3) Milli Antiterror Komitəsi Sankt-Peterburq metrosunda qeydə alınmış partlayış nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiq edib.
Təhsil-press.az-ın məlumatına görə, şəhər hakimiyyətindəki məndə RİA Novosti-yə 50 nəfərin xəsarət aldığını deyib.
X X X
16:45
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 30 nəfər xəsarət alıb.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə tibb dairələrindəki mənbə bildirib.
X X X
16:24
Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə TASS-a təcili xidmətdəki mənbə bildirib.
Hadisə yerində istintaq qrupu çalışır. Cinayət işi açılıb.
X X X
Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında baş vermiş partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Bu barədə Təhsil-press.az məlumat verir.
Hadisə şahidləri iki partlayıcı qurğunun işə düşdüyünü bildirib.
X X X
16:03
Sankt-Peterburq metrosunda partlayış olub.
Bu barədə Təhsil-press.az məlumat verir.
Hadisə şahidləri xəsarət alanların olduğunu bildirir.

Təhsil-press.az

Oxşar xəbərlər