Bakı metrosunda sərnişin həlak olub - hərəkət 20 dəqiqə dayanıb - yenilənib

Bakı metrosunda sərnişin həlak olub - hərəkət 20 dəqiqə dayanıb - yenilənib Bu gün axşam saatlarında Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. Metronun “Qara Qarayev” stansiyasında hər iki istiqamət üzrə qatarların hərəkəti dayanıb.

Sərnişinlərin bildirdiyinə görə, Koroğlu istiqamətinə getməli olan qatar "Qarayev" stansiyasında dayanıb və artıq 20 dəqiqədən çoxdur ki, hərəkət etmir. Qatarın stansiyada qaldığı və "Koroğlu"ya doğru irəliləmədiyi qeyd olunur.

Eyni zamanda arxadan gələn digər qatar da stansiyaya çatıb və öndəki qatarı gözləyir. Bu səbəbdən xətt üzrə sıxlıq artıb, platformada və vaqonlarda sərnişinlərin narahatlığı müşahidə olunur.

Verilən xəbərə görə, gecikməyə səbəb “Nərimanov” stansiyasında sərnişinin qatar yoluna düşməsi olub.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisənin səbəbi ilə bağlı “Bakı Metropoliteni” idarəsindən verilən ilkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. "Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - "Bakı Metropoliteni"ndən bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər