Mübariz Mənsimov ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Mübariz Mənsimov ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ Türkiyə Baş Prokurorluğu azərbaycanlı biznesmen Mübariz Mənsimov ilə bağlı istintaq başladıb.

İstanbul Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə istintaq başlanılıb.

İstintaq çərçivəsində azərbaycanlı iş adamı Mübariz Mənsimov, türkiyəli iş adamı Veysel Şahin, bağlanan Ekol TV-nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şen də daxil olmaqla bir sıra şəxslər iş üzrə təqsirləndirilən kimi istintaqa cəlb edilib.

Baş Prokurorlq Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları əsasında araşdırma aparır.

Xatırladaq ki, 2024-ci ildə yaradılan Ekol TV bir neçə müddət öncə bağlanıb. Azərbaycanlı biznesmen Mübariz Mənsimov telekanalın sərmayədarlarından idi.

Tehsil-press.az

Oxşar xəbərlər