
Bu barədə şirkətin sahibi Mübariz Mənsimov məlumat yayıb.
“Gəmiçilərimiz Əlcəzair sahillərində 21 miqrantın həyatını xilas ediblər. Onların ehtiyatlı davranışı və peşəkar təcrübəsi sayəsində bu insanlar sağ-salamat xilas olunub.
Adımızı daim uca tutmağınız qürurvericidir. Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bir gəmi heyətindən məhz bu cür igidlik və fədakarlıq gözlənilirdi.
Dəniz sizə hər zaman mərhəmətli olsun!”, - M.Mənsimov qeyd edib.
Tehsil-press.az