Mübariz Mənsimovun məhkəməsində Kırmızıgül də şahidlik edib

Mübariz Mənsimovun məhkəməsində Kırmızıgül də şahidlik edib FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsində türkiyəli müğənni Mahsun Kırmızıgül də şahid kimi ifadə verib.
Müğənni Mübariz Mənsimovun yaxın dostu olduğunu, onun haqqında səsləndirilən ittihamlarla bağlı heç nə eşitmədiyini deyib:
“Biz onunla 2000-ci illərin əvvəlində tanış olmuşuq. Bacısının toyunda səhnəyə çıxmışdım və sonra dostluğumuz başladı. Ofislərimiz yaxın idi və ailəsi ilə də tanış oldum. Türkiyəni çox sevən, gəlirini bu ölkəyə xərcləyən vətənpərvər bir insandır. Bu hadisəni eşidəndə çox təəccübləndim. Şiə məzhəbindən biri FETÖ-çü ola bilməz. Onun etdiyi yaxşılıqları çox yaxşı bilirəm. Oxutduğu insanlara, yardımlarına şahidəm. Günahlandırıldığı məsələ ilə bağlı heç nə eşitməmişəm.
İhsan Kalkavanı Mübariz bəyin yanında bir neçə dəfə görmüşəm. Bir dəfə yemək masası arxasında mübahisələri olmuşdu. Mübahisə şəxsi məsələyə görə yaranmışdı. Mübariz bəy sonra Kalkavanla yollarını ayırdı, dostluğunu bitirdi. İhsan bəy bir neçə dəfə zəng etdi, ancaq Mübariz bəy zənglərinə cavab vermədi”.
Qeyd edək ki, Mübariz Mənsimovun məhkəməsi yanvarın 13-dək təxirə salınıb.

Tehsil-press.az

Oxşar xəbərlər