Umummilli Lider Heydər Əliyevin yaxın silahdaşı olmuş şəxs vəfat edib.Sabiq polis rəisi, Polis polkovnik-leytenant Allahverdi Həsənov 75 yaşında vəfat edib.
Bu barədə sabiq icra başçısı və sabiq deputat Musa Musayev məlumat verib.
Allahverdi Həsənov 10 May 1952-ci ildə anadan olub.
Uzun illər daxili işlər orqanlarında xidmət göstərən Allahverdi Həsənov 1990-cı illərdə Şərur Rayon Polis İdarəsinin rəisi olmaqla yanaşı, Ali Sovetin deputatı kimi də fəaliyyət göstərib.
O, həmin illərdə Ulu Öndər Heydər Əliyevlə yanaşı oturaraq onun mövqeyini açıq şəkildə müdafiə edən, cəsarəti və prinsipiallığı ilə seçilib.
Naxçıvanda erməni hucumlarına qarşı müdafiənin təşkilində mühüm rol oynamş şəxslərdən olan A.Həsənov həmçinin Ali Məclisin deputatı olub. 2007-ci ildən təqaüdə çıxıb.
Allahverdi Həsənov daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb, son olaraq Şamaxı Rayon Polis İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
Allah rəhmət etsin.
Tehsil-press.az














