İbrahim Tatlıses konsertlərini təxirə saldı, Qızından şikayətçi oldu

İbrahim Tatlıses konsertlərini təxirə saldı, Qızından şikayətçi oldu Türk musiqisinin imperatoru hesab edilən İbrahim Tatlısəs təssüflər olsun ki, ailəvi məsələlərdə bu titulu qoruyub saxlaya bilmir. Tez-tez ailəvi problemlər yaşayan müğənnin adı gah övladlarını mirasından məhrum etməsi, gah da aralarında baş verən qalmaq, dava xəbərlərində hallanır.

Ifaçı bu dəfə qızı Dilan Çıtakın cəzalandırılmasını tələb edib.

İbrahim Tatlısəs Bodrumda səhər yeməyi zamanı qızı Dilan Çıtak tərəfindən ona atılan pultun “silah sayılması” səbəbindən başlayan istintaq çərçivəsində ifadə verib. Tatlıses məhkəmədə qızı Dilandan şikayətçi olduğunu bildirib.

Xatırladaq ki, keçən il Bodrumda səhər yeməyi zamanı baş verən hadisədən sonra Dilan Çıtakın atdığı pultun “silah” kimi qiymətləndirilməsi ilə bağlı açılan iş ictimai iddiaya çevrilmişdi. Baş verənlərdən sonra İbrahim Tatlısəs əvvəlcə qızından şikayətçi olmuşdu, daha sonra isə şikayətini geri götürmüşdü. Lakin məhkəmə prosesi davam etdirib.

Müğənni Almaniya turu çərçivəsində planlaşdırılan iki konsertini məhz qızına qarşı ifadə vermək üçün təxirə salıb. Bodrum Bitez Məhkəməsinə əlil arabasında gedən Tatlısəs qızı Dilan Çıtakdan şikayətçi olduğunu bildirib. İfadə verdikdən sonra isə Rusiyada planlaşdırılan konsertinə yola düşüb.

Tehsil-press.az

Oxşar xəbərlər