Məşhur müğənni 7 uşağı üçün bina tikdirir

Məşhur müğənni 7 uşağı üçün bina tikdirir İnşası davam edən tikili 2 aydan sonra təhvil veriləcək.

Müğənni İbrahim Tatlısəs bina tikdirir. Tehsil-press.az-ın məlumatına görə, bu barədə müğənni özü "Facebook" səhifəsində yazıb. İnşası davam edən binasının fotosunu da paylaşan İbrahim Tatlısəs binada 7 evi övladlarına verəcəyini bildirib.
“3.5 ay əvvəl təməlini qoymuşduq, indi bu hala gəlib. 2 ay sonra, inşaallah, binanı təhvil götürəcəyik. Binada 60 ev var, onun 7-ni övladlarım arasında bölmüşəm. Əhməd, Gülşən, Gülden, Mələk, Dilan, İdo və Elifin bir evi olacaq. Geridə qalanlar isə bizim, yəni inşaatı aparan podratçıların və orada yaşayacaq olanlarındır. Nə tikintidən canım qurtardı, nə də kababçılıqdan. Bunda da bir xeyir var", - deyə Tatlısəs bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər