
Sənətçinin səsləndirdiyi fikirlər sosial mediada və mətbuatda geniş müzakirələrə səbəb olub.
Proqramda səmimi açıqlamalar verən Tatlısəs həyatının müxtəlif dönəmləri ilə bağlı maraqlı fikirlər bildirib:
"Yenidən həyata gəlsəm, uşaq sahibi olmazdım. Olsam, şərəfsizəm" - deyə o, övlad sahibi olmaqla bağlı peşmanlığını bildirib.
Müğənninin 7 övladı var, amma neçə nəvəsi olduğunu bilmədiyini deyib:
"Başımda baş verən hadisəni bəlkə də bir günahımın qarşılığı hesab edirəm. Şükür edirəm", - deyə vurğulayan sənətçi keçmişdə vurulduğu hadisəyə də toxunub və həmin gün Aydemir Akbaşın yanında olsaydı, güllənin ona dəyə biləcəyini bildirib:
"İflic olmaq çox çətindir, amma həyatdan əl çəkmirəm, yaşamağı sevirəm. Həyatımdan razıyam", - deyə o, fiziki durumuna baxmayaraq, yaşama əzmini ifadə edib.
"Mavi Mavi" filminin Bağdadda 10 il eyni kinoteatrda nümayiş olunduğunu deyən Tatlısəs bu filmə olan marağı xatırladıb.
"Şərəfsizləri və nankorları unutmuram. Həyatımda çox nankor insan olub. Cibimdən pul verib, sonra arxamdan vurulmuşam".
"Heç vaxt qumar oynamamışam", - deyən sənətçi İzmirdəki evlərinin yanmasından da danışıb:
"Evimin sığortası yox idi, çünki evlər zamin qoyulmuşdu. Etibar etdiyim insanlar vergisini ödəməmiş. Yəni aldadılmışam".
"Sənət aləmində heç kimin yolunu kəsməmişəm. Səhnəyə bunu çıxar, onu çıxarma deyə, bir gücüm olmayıb".
"Ferhat Güzelə yalnız əl deyil, bədənimlə də dəstək oldum, amma heç nə alınmadı".
Tatlısəs, sənət yolunun başlanğıcında Yılmaz Tatlısəsin ona soyadını verdiyini də bildirib:
"Şanlıurfadan gəlmişdim. Uzun hava oxumağımı istədi, sonra axtardığımız adam budur dedi və soyadını verdi".
Tehsil-press.az