Tsyan Yueqin Çinin Vençjou şəhərində yaşayır və 101 yaşına baxmayaraq, hələ də dişlərini qoruyub saxlayır.Onun barəsində "What's The Jam" yazır.
Qadının sözlərinə görə, o, gecələr televizora baxa-baxa çips və peçenye ilə qəlyanaltı etməyi sevir. Məhz bu vərdişi ona uzun və sağlam ömür sürməyə kömək edib.
Yaşlı qadın çox vaxt gecə 02:00-dan sonra yatdığını və səhər 9 radələrində zəngli saat olmadan və yaxşı əhvali-ruhiyyədə oyandığını bildirib. O, səhərinə bir fincan aromatik yaşıl çayla başlayır.
Tsyan gündə iki dəfə yemək yeyir. Səhər oyandıqdan sonra və axşam saat 6 radələrində.
Tehsil-press.az










