Daha sonra GAMŞ-ın üzvləri - Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının еlmi işçisi Sevda Abdalova və Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyevanın çıxışları dinlənilib. Məruzəçilər xalqımızın çoxəsrlik zəngin irsinin yaşadılmasında, dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətlərindən bəhs edib, Azərbaycan qadınının güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoyduğunu vurğulayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi cəmiyyətin inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətinin layiqincə qiymətləndirilməsinin nəticəsidir.
Tehsil-press.az












