108 yaşlı qadının uzunömürlülük sirri bunda imiş

108 yaşlı qadının uzunömürlülük sirri bunda imiş 108 yaşlı ingiltərəli Ada Helvortun uşaq və nəvələri onun uzunömürlülük sirrini açıb. Bu barədə “North Wales Live” yazıb.
Onlar bunu qadının 108-ci yaşına qədəm qoyması ilə əlaqədar təşkil olunmuş doğum günü mərasimində açıqlayıb. Adanın qızının sözlərinə görə, onun anası bu yaşa sağlam həyat tərzi, eləcə də pis vərdişlərinin olmaması sayəsində çata bilib. Bundan əlavə, Helvort həmişə başqa insanlara kömək etməyə çalışıb və xeyriyyə mağazalarında işləyib.
Qadının böyük nəvəsi hesab edir ki, nənəsinin dünyaya pozitiv baxması və optimist olması ona bu yaşa çatmağa imkan verib.

Tehsil-press.az

Oxşar xəbərlər