Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu

Nəsiminin yeni icra başçısı kollektivə təqdim olundu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.

Təqdimatı Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə baş tutan təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

T.Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Budaqov ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tehsil-press.az

Oxşar xəbərlər