BDU-da “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib

BDU-da “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “WUF13 yolunda: Urbanizasiya və innovasiya” adlı ilk görüş keçirilib.

BDU əməkdaşı və layihə rəhbəri Mirhüseyn Tağıyev urbanizasiya sahəsinə dair əsas anlayışlar, BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) tarixi inkişaf mərhələləri, həmçinin indiyədək keçirilmiş Dünya Şəhər Forumlarının qlobal əhəmiyyəti barədə geniş məlumat təqdim edib.

Görüşdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas məqsədləri, gözləntiləri və Azərbaycanın ev sahibliyi fonunda Forumun strateji əhəmiyyəti müzakirə olunub. BDU-nun urbanizasiya və davamlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən, ölkəmizdə bu sahədə aparılan islahatların əsas istiqamətlərindən söz açılıb.

Sonra iştirakçılar üçün WUF13 könüllülük proqramı və gənclər üçün mövcud imkanlar xüsusi vurğulanıb, tələbələrə şəhərsalma proseslərində gənclərin rolunun artırılması ilə bağlı tövsiyələr verilib.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər