SON DƏQİQƏ! Bakıdan Ermənistana rus buğdası göndərilir

SON DƏQİQƏ! Bakıdan Ermənistana rus buğdası göndərilir Bu gün Biləcəri Dəmiryol Stansiyasından rus buğdası yüklənmiş yük qatarı yola salınacaq. Qatar Rusiyadan gətirilən taxılı Ermənistana çatdırmaq üçün Azərbaycan ərazisindən tranzit qaydada hərəkət edəcək.

Qatar 7 vaqondan ibarətdir və daşınan taxılın ümumi çəkisi 488 ton təşkil edir.

Marşruta əsasən, qatar əvvəlcə "Böyük Kəsik" stansiyası istiqamətində hərəkət edəcək, daha sonra sərhədi keçərək Gürcüstan ərazisinə daxil olacaq və buradan Ermənistan istiqamətində yolunu davam etdirəcək.

Qeyd edək ki, bu marşrut üzrə oxşar daşınma daha əvvəl də həyata keçirilib. Belə ki, fevralın 4-də 8 vaqondan ibarət qatarla 560 ton rus buğdası Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilmişdi.

Regionda dəmir yolu daşımalarının artması fonunda Azərbaycan ərazisi Rusiya ilə Ermənistan arasında yük daşımaları üçün əsas tranzit marşrutlardan biri kimi istifadə olunur.

Tehsil-press.az

Oxşar xəbərlər