Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - Video Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2016-cı il təvəllüdlü uşağı valideynlərinə təhvil veriblər.



Tehsil-press.az

Oxşar xəbərlər