Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb - VİDEO

Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb -  VİDEO Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.

Yük qatarı hazırda Bakıda Biləcəri Dəmiryol Stansiyasındadır.

Daha sonra Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.



Tehsil-press.az

Oxşar xəbərlər