Yuri Vernidub «Neftçi»nin hazırlıq prosesində növbəti dəfə dəyişiklik edib.Baş məşqçi Premyer Liqanın ötən turunda «Turan Tovuz»a məğlubiyyətə görə belə addım atıb.
Neyləyib?
Deməli, ukraynalı çalışdırıcı 0:1 hesablı yenilgi ilə bitən matçın taktiki analizi zamanı futbolçuların yol verdiyi səhvlərin üzərində dayanıb. Hansı oyunçu xəta eləyibsə, 59 yaşlı mütəxəssis onları bir-bir göstərib və danlayıb.
Halbuki Vernidub bu qarşılaşmaya qədər fərqli yanaşma sərgiləyib. O, köməkçilərinə «neqativ məqamlar üzərində dayanmayın» tapşırığı vermişdi.
Baş məşqçinin göstərişində məqsəd komanda üzvlərinin əhval-ruhiyyəsini aşağı salmamaq idi. Ehtiyat edirdi ki, ekranda səhvlərini görən oyunçu özgüvənini itirər, özünü növbəti həftəyə hazır eləyə bilməz.
Tehsil-press.az











