Əslində, dərhal bişirilən ət həm sərt, həm də dadca zəif ola bilər. Bunun səbəbi ətdəki biokimyəvi proseslərlə bağlıdır. Kəsildiyi anda ətdəki əzələ lifləri gərgin vəziyyətdə olur. Bu mərhələdə əzələ lifləri sərt olur, içindəki suyu da tutmaqda çətinlik çəkir. Nəticədə ət bişirildikdə öz şirəsini çox saxlamır və teksturası, həmçinin dadı zəif olur.
Mütəxəsislərin fikrincə, əgər ətdən maksimum zövq almaq istəyirsinizsə, səbirli olmaq prinsipi burada da özünü göstərir. Belə ki, əti dərhal sobaya atmaq əvəzinə, onun təbii yumşalmasını gözləmək şirəli və dadlı bir yeməyin sirridir.
Bəs, ət kəsildikdən sonra nə qədər gözləmək lazımdır? Qeyd edək ki, bu müddət ətin növünə görə dəyişir.
Həmin müddəti təqdim edirik:
Mal-qara əti – 12 - 24 saat
Qoyun əti – 8 - 12 saat
Donuz əti – 3 - 6 saat
Quş əti – 1 - 4 saat
Balıq əti – 5 - 8 saat
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə ətin qiyməti aşağıdakı kimidir:
Mal əti: 17 - 22 AZN/kq
Qoyun/Quzu əti: 20 - 24 AZN/kq
Donuz əti: 17 - 18 AZN/kq
Quş əti: 6 - 9 AZN/kq
Balıq əti: 7 - 14 AZN/kq (növə görə dəyişir)
Tehsil-press.az










