Qudalarına yüksək vəzifə verən Zaur Mikayılov bir gündə iki dəfə 11 min manatlıq benzin alıb - "Azpetrol"dan

Qudalarına yüksək vəzifə verən  Zaur Mikayılov bir gündə iki dəfə 11 min manatlıq benzin alıb - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xidməti minik avtomobillərinin yanacaq tələbatını ödəmək məqsədilə "Azpetrol LTD" MMC ilə ümumi məbləği 22.560 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.

3 mart 2026-cı il tarixindən qüvvəyə minən bu müqavilələr çərçivəsində Agentliyin nəqliyyat vasitələri üçün Aİ-95 (Premium) markalı benzinin alışı və əlaqədar xidmətlərin göstərilməsi nəzərdə tutulub.

Hər biri 11.280 AZN dəyərində olan iki eyni təyinatlı satınalma prosesi nəticəsində qurumun fasiləsiz hərəkət imkanları təmin edilib.

Mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.

Mediada yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuşdu.

ADSEA rəhbəri Zaur Mikayılovun kadr siyasəti ilə bağlı əvvəllər də “qohumbazlıq” iddiaları gündəmə gəlib.

Həmçinin bildirilmişdi ki, Boğaziçi Universitetində birgə təhsil aldığı dostu Əsəd Şirinovu əvvəl müşavir, daha sonra isə “quda statusu”na yüksələn əsas fiqurlardan birinə çevirib. Ə.Şirinov bundan öncə isə əvvəllər “Coca-Cola” şirkətində Azərbaycan və Qazaxıstan üzrə əməliyyatlar meneceri, eləcə də Qafqaz regionu üzrə menecer vəzifələrində çalışıb.

Digər qudası Fuad Quliyevin də paralel şəkildə aparat rəhbəri postuna gətirilməsi bu iddiaları daha da gücləndirib./32gun.az/

Tehsil-press.az

Oxşar xəbərlər