“Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər ATƏT-də biabırçı çıxışı ilə gündəmə gəlib.Aqil Ələsgər çıxışını kağızdan bərbad rus dilində oxuyub, ona həm ingilis, həm də rus dillərində müraciət edən moderatorun özünü təqdim etmək xahişlərini isə başa düşməyib.
Çıxışını bitirdikdən sonra moderator xahişi təkrarlasa da, Aqil Əlsəgər cavab verməyib, əvəzində səssizcə gülümsəyib.
Ələsgərdən cavab almaqdan əlləri üzülən moderatorlar növbəti natiqə keçiblər.
Tehsil-press.az









