Azərbaycanda tibb sahəsində yeni QƏRAR QƏBUL EDİLDİ

Azərbaycanda tibb sahəsində yeni QƏRAR QƏBUL EDİLDİ Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.

Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Dəyişikliyə əsasən, "Trikafta", "Kalideko" , "Orencia" , "Livmarli" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.

Bununla da siyahıda yer alan dərmanların sayı 131-ə çatıb.

Tehsil-press.az

Oxşar xəbərlər