Professor Misir Mərdanov adıçəkilən universitetlərdə “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramlarını, ayrı-ayrı fənlərə ayrılmış saatları müqayisəli təhlil edib. Qeyd olunan universitetlərdə bu ixtisas üzrə kadr hazırlığının struktur xüsusiyyətləri, məzmunu və tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. O, üç universitetin timsalında “Riyaziyyat müəllimliyi” ixtisasının tədrisinin oxşar və fərqli cəhətləri, qiymətləndirmə problemləri, tədris prosesində nümunə kimi götürülməli məqamlar barədə məlumat verib, Riyaziyyatın tədrisi metodikası fənninin fəlsəfəsi, didaktikası, tədris praktikası, etikası və digər məsələlərə aydınlıq gətirib.
Ustad dərsində ölkədə qeyd olunan ixtisas üzrə tədris planları ilə Helsinki Universitetinin tədris planı arasındakı fərqlər də nəzərə çatdırılıb, yekunda Azərbaycan universitetləri üçün real təkliflər təqdim olunub.
Tehsil-press.az












