Hökumət üzvləri və digər yüksək rütbəli məmurlar arasında da bu statusa malik olan bir neçə tanınmış şəxs var.
Coxuşaqlı məmular haqda məlumatı təqdim edir:
Çoxuşaqlı məmurların siyahısına Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov başçılıq edir. 17 May 2019-cu ildən bəri Sabirabada rəhbərlik edən Siraqəddin müəllim 5 övlad atasıdır.
Ədliyyə naziri Fərid Əhmədov da çoxuşaqlı valideyn sayılır. Onun 4 ovladı var. Fərid Əhmədov Prezident İlham Əliyevin 27 fevral 2024-cü il tarixli Sərəncamı ilə ədliyyə naziri təyin olunub.
Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyev də çoxuşaqlı atadır. Onun 4 övladı var.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 ovladı var. 49 yaşlı Nəbiyev 2021-ci ildən nazir vəzifəsində çalışır.
Mədəniyyət naziri Adil Kərimli də 3 uşaq atasıdır. O, 22 dekabr 2022-ci ildən Mədəniyyət naziri işləyir.
Gənclər və idman naziri Fərid Qayıbov da 3 övlad atasıdır. Onun iki oğlu, bir qızı var. Qayıbov 5 ildir nazir işləyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun da iki oğlu, bir qızı var.
Baş nazirin müavini Şahin Mustafayev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov da 3 övlad atasıdır.
Tehsil-press.az









