Rusiyanın Ermənistandakı hərbi bazasında aviasiya təlimləri keçirilib

Rusiyanın Ermənistandakı hərbi bazasında aviasiya təlimləri keçirilib Məşqlər Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının ucqar- "Kamxud" və "Alaqyaz" poliqonlarda keçirilir.

Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsindəki hərbi bazasında aviasiya bölməsi helikopterlər vasitəsi ilə döyüş atışları həyata keçiriblər. Tehsil-press.az-ın məlumatına görə, bu barədə dairənin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, təlim çərçivəsində əsgərlər 100 kilometr yürüş həyata keçiriblər və hərbi helikopterlər vasitəsi ilə şərti düşmənin aviasiya hücumunu və diversiya-kəşfiyyat qruplarının hücumlarını əks etdiriblər. Eyni zamanda şərti zəhərli maddələrin yayıldığı əraziləri qət ediblər.
Qeyd olunur ki, müəyyən edilmiş mövqelərdə mühəndis bölmələrinin mütəxəssisləri istehkam qurğularının avadanlığı üzrə mühəndis işləri həyata keçiriblər və mina-partlayıcı maneələri quraşdırıblar.
Mətbuat xidmətinin məlumatına görə, müşahidə təlimləri müasir komplekslərin və "Navodçik-2", "Orlan-10" və "Таksiоn" pilotsuz uçuş aparatlarının tətbiqi ilə aparılır.
Bildirilir ki, təlimlərdə qırıcı və ordu aviasiyasının dəstəyi ilə 100% şəxsi heyət, həmçinin zirehli tank, avtomobil və xüsusi hərbi texnika və hava hücumundan müdafiə vasitələri iştirak edir.


Tehsil-press.az

Oxşar xəbərlər