Günəşdəki dəlik sürətlə böyüyür - Alimlərdən qarşıdakı günlərlə bağlı xəbərdarlıq

Günəşdəki dəlik sürətlə böyüyür - Alimlərdən qarşıdakı günlərlə bağlı xəbərdarlıq Günəşdə tac dəliyi böyüməyə başlayıb.

Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, bir neçə gündür Günəşin Yer kürəsinə baxan tərəfində tac dəliyi böyüyür.

Xüsusilə, son 24 saatda dəlik çox sürətlə - sutka ərzində təxminən 50 faiz böyüyüb.

Dəlik ərazisində xüsusilə sürətli və sıx günəş küləyi axını mümkündür. Avqustun 19-20-də küləyin sürəti 800-900 km/s-ə çata bilər. Bu isə normal göstəricilərdən iki dəfə yarımdan çoxdur.

Alimlər hesab edirlər ki, belə sürətli günəş küləyi geomaqnit vəziyyətə təsir göstərə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər