Gömrükdə 144 ədəd qaçaqmal araq aşkar edildi
Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Qazax-Gəncə yolunda saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Tehsil-press.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı, nəqliyyat vasitəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən 144 ədəd 1 litrlik “Nemiroff” adlı araqlar aşkar edilərək götürülüb.Tehsil-press.az
- Baxış: 6309
Xəbərin tarixi: 10.08.2016 / 13:59
-
Oxşar xəbərlər