Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb

Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb Xaçmaz Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdlərin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” və “Xanoba” gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30840 ədəd “NZ Gold Compact” və “Belomorkanal” markalı siqaretlər aşkar edilərək götürülüb. Bütün faktlarla bağlı araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər