
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, xüsusi təhlükəli maddə Rusiyadan Azərbaycana gələn Qazaxıstan vətəndaşından aşkar olunub. Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya "Heiman Smith" markalı rentgen aparatında gömrük baxışı keçirilib. Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb.
Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram, 211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
tehsil-press.az