Gələn il Azərbaycanda ÜDM-in real artımı 1 faiz səviyyəsində gözlənilir

Gələn il Azərbaycanda ÜDM-in real artımı 1 faiz səviyyəsində gözlənilir Azərbaycan hökuməti ÜDM-in real artımını 2017-ci ildə bir faiz səviyyəsində gözləyir.

Tehsil-press.az-n məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında deyilir. Qeyri-neft ÜDM-in real artımı gələn il üçün 2,5 faiz səviyyəsində proqnozlaşdırılır. Sənədə əsasən, ÜDM-in artımı növbəti illərdə də davam edəcək və 2019-cu ildə 2,8 faiz təşkil edəcək, 2020-ci ildə isə 2,4 faizədək azalacaq. 2017-ci ildə özəl sektorun ÜDM-də payı gözlənildiyi kimi, 82,8 faiz təşkil edəcək.


Tehsil-press.az

Oxşar xəbərlər