Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) ADU ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkil etdiyi “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq elmi konfransın yekun iclası keçirildi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov konfransın əsas məqsədinin koqnitiv və tətbiqi dilçiliyin aktual problemlərini işıqlandırmaq, alimlərin son nailiyyətləri ilə tanış olmaq və dilçiliyin bu sahələrinin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparmaq olduğunu bildirdi. O, çıxışında bölmə rəhbərlərinin hesabatlarının vaxtında təqdim olunduğunu deyərək onların işini yüksək qiymətləndirdi. Professor dilçilik sahəsinə öz töhfəsini verə biləcək konfransın işində dünyanın 15-ə yaxın müxtəlif ölkəsindən alim və professorlarının, eləcə də ölkəmizin müxtəlif ali məktəblərinin nümayəndələrinin koqnitiv və tətbiqi dilçilik sahəsində mövcud olan aktual problemlərlə bağlı fikir və mülahizələrini universitetimizin əməkdaşları ilə bölüşdüyünü bildirdi.
Türkiyənin Qazi Universitetinin Fənn ədəbiyyatı fakültəsinin professoru Mehman Musaoğlu “Koqnitiv linqvistika və tarixi türk ədəbi mətnlərinin konseptual, semiotik-linqvistik özəllikləri” adlı məruzə ilə çıxış etdi. O, koqnitiv dilçilik və semantik kod haqqında danışdı, türk tarixi mətnlərinin tekstoloji üsulda yazılması ilə bağlı fikirlərini bölüşdü. Professor Filologiya fakültələrinin bakalavr və magistr pillərində koqnitiv dilçilik fənninin yer almasının vacibliyini vurğuladı. M.Musaoğlu belə bir mükəmməl konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.
Macarıstanın Eötvös Loránd Universitetinin professoru, koqnitiv dilçilik sahəsində məşhur tədqiqatçı və alim Zoltan Koveçiç ali təhsil müəssisəsində yaradılan elmi mühitə görə universitet rəhbərliyinə təşəkkür etdi. O, gənc tədqiqatçıların maraqlı məruzələrlə çıxış etdiyini söylədi.
Yekun iclasda bölmə rəhbərlərinin hesabatları dinlənildi, statistik məlumatlar açıqlandı, dinlənilən məruzələrin mövzusunun vacibliyindən danışıldı, təkliflər səsləndirildi, konfransın yekun sənədi qəbul edildi.
Sonda konfransa qatılan alim və professorlar “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” adlı beynəlxalq konfransda iştiraklarına görə sertifikatlarla təltif olundular.
Konfransın bağlanış mərasimindən sonra bədii hissə keçirildi.
Qeyd edək ki, 4 bölmədə keçirilən beynəlxalq elmi konfransın “Müasir dilçiliyin əsas istiqamətləri: dilçilikdə yeni paradiqmlər” adlanan I bölməsinə professorlar N.Şirobokova, H.Zərbəliyev, “Koqnitiv dilçilik: müasir vəziyyət və perspektivlər” adlı II bölməsinə professorlar İ.Silantiyev, A.Məmmədov, “Tətbiqi və tipoloji dilçilik: nəzəri ümumiləşmələr və praktik tövsiyələr” adlı III bölməsinə professorlar A.Cunusbəy, F.Veysəlli, “Dilin mənimsənilməsi prinsipləri: nəzəri və praktik təkliflər” adlı IV bölməsinə professorlar İ.Selyutina, D.İsmayılova rəhbərlik edib. İki gün davam edən konfransda müxtəlif mövzular üzrə 216 məruzə dinlənildi və müzakirələr aparıldı.
Onu da əlavə edək ki, tədbirin proqramına uyğun olaraq xarici qonaqların Azərbaycanı daha yaxından tanıması məqsədi ilə Quba şəhərinə ekskursiyanın təşkil olunacağı da gözlənilir.
ADU-nun Mətbuat Xidməti