Mayın 27-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Yazarlar” klubunun təşkilatçılığı ilə “Qardaşlıq körpüsü” adlı tədbir keçirildi. Azərbaycanda keçirilən Avrasiya Sənət Kültür Ədəbiyyat Federasiyasının (ASKEF) simpoziumuna qatılmaq üçün ölkəmizə dəvət olunan qonaqların iştirakı ilə baş tutan tədbirin əsas məqsədi Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələrini, ədəbiyyat bağlarını ön plana çəkmək idi.
İlk olaraq ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, qonaqlara universitetin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və tələbə təşkilatları haqqında dolğun məlumat verdi. ADU və Türkiyənin Hacəttəpə Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsi haqqında danışan professor eyni zamanda Dillər Universitetində 6000-dən çox tələbənin təhsil aldığını, 22 dilin tədris olunduğunu qonaqların diqqətinə çatdırdı. Bundan başqa, universitetdə fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi haqqında məlumat verən D.Yunusov buranın nəinki universitet tələbələrinə, eyni zamanda hər kəsə açıq olduğunu sözlərinə əlavə etdi. O, kompleksdə digər mərkəzlərlə yanaşı, Türk xalqlarının folklor mərkəzinin də fəaliyyətindən danışdı.
ASKEF-in sədri Savaş Ünal və universitetin “Yazarlar” klubunun sədri Kamran Abbaszadənin aparıcılıq etdiyi tədbirdə adıçəkilən simpoziumda iştirak edən ölkələrin yazıçıları da çıxış etdilər və şeirlərindən səsləndirdilər.
Tədbir çərçivəsində “Bir millət iki dövlət” devizi altında Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx nümayiş olundu, universitet tələbələrinin ifasında mahnılar və şeirlər səsləndi. Sonda öz fikirlərini bildirən Qarabağ qaziləri tədbiri yüksək qiymətləndirdilər və universitetin tələbələrinə uğurlar arzuladılar.

Mətbuat İnformasiya Şöbəsi