«Fizika və astronomiyanın problemləri» mövzusunda XVIII respublika elmi konfransı keçirilib

«Fizika və astronomiyanın problemləri» mövzusunda XVIII respublika elmi konfransı keçirilib Bakı Dövlət Universitetinin Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «Fizika və astronomiyanın problemləri» mövzusunda XVIII respublika elmi konfransı keçirilib. Elm və innovasiyalar üzrə prorektor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə belə konfransların BDU-da ənənə halını aldığını bildirib. Professor A.Kazımzadə fizika sahəsində dünya miqyaslı kəşflərdən danışıb və gənc tədqiqatçılara bu istiqamətdə uğurlar arzulayaraq onları gələcəyin Nobel mükafatçıları kimi görmək istəyini ifadə edib. Prorektorun sözlərindən məlum olub ki, konfransda 103 məruzə ilə 110-dan çox magistrant və gənc tədqiqatçı çıxış edəcək. İştirakçılar Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin magistrantları və doktorantlarıdır.
Sonra Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov çıxış edərək, fakültədə görülən işlərdən, magistrantların elmi-tədqiqat işlərinə olan marağından danışıb. Konfransın işinə uğurlar arzulayan professor M.Ramazanov sonda ən aktual və müasir məruzələrin mükafatlandırılacağını, fəal və işgüzar magistrantların işə qəbul olunacaqlarını bildirib.
Plenar iclasda iki məruzə dinlənilib. Konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Nanomateriallar və nanotexnologiyalar”, “Biofizika və molekulyar fizika” bölmələrində davam etdirib. Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənilib. Gənc tədqiqatçıların məruzələri yüksək qiymətləndirilib.

«Fizika və astronomiyanın problemləri» mövzusunda XVIII respublika elmi konfransı keçirilib

«Fizika və astronomiyanın problemləri» mövzusunda XVIII respublika elmi konfransı keçirilib

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər