
Tədbir “SABAH” qruplarında təhsil alan tələbələrin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilib.
Görüşdə startapların yaradılması və fəaliyyəti barədə müzakirə aparılıb.
İsraildə biznes katalizatorlarının təsisçisi olan T.Katran informasiya texnologiyaları sahəsində bu ölkədə yaradılan və inkişaf etdirilən startaplar haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb.
UNEC-in Mətbuat Xidməti
[right][/right]