
Klubun məqsədi universitetə 600 və daha yüksək balla qəbul olunan tələbələri bir araya toplamaqla onların potensialını dəyərləndirməkdir.
Klubun üzvləri UNEC-in elmi, ictimai və sosial həyatında fəal iştirak edəcək, tələbə həyatı ilə bağlı layihə və proqramlar hazırlayacaq, eyni zamanda, intellektual-əyləncəli tədbirlər keçirəcəklər. “600+” klubu UNEC-i yerli və beynəlxalq səviyyəli konfrans, müsabiqə və olimpiadalarda təmsil edəcək.
Klub üzvləri tələbə-mentorlarla fikir mübadiləsi aparacaq, onlar arasında təhsil kultunun yüksəldilməsi və uğurlu tələbə obrazının təbliği istiqamətində tədbirlər keçirəcəklər.
UNEC-in Mətbuat Xidməti