Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsi Gəncə şəhərində davam etdirilib.
Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri əsasında tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğ olunmasını və ifaçılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılıb.
Münsiflər heyəti əvvəlcə Nizami Gəncəvi məqbərəsini və muzeyini ziyarət edib, Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yeni istifadəyə verilmiş binası və burada təhsil alan uşaqların yaradıcılığı ilə yaxından tanış olublar.
Daha sonra Gəncə şəhərində fəaliyyət göstərən 33 ümumtəhsil və məktəbdənkənar təhsil müəssisəsində təhsil alan 11–17 yaşlı uşaq və gənclərin çıxışları dinlənilib. Münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 56, ifaçılıq üzrə 7 nömrəyə baxılıb və qiymətləndirilib.
Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsi 25-30 noyabr 2016-cı il tarixlərində Təsviri Sənət Qalereyasında keçiriləcək.
İstedadlı uşaq və gənclərin müsabiqədə fərqlənən ən yaxşı nümunələrinin yekun baxışı və təltif edilməsi cari ilin dekabr ayının sonunda təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçirilir.