Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü

Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında “Payız nağılı” adlı “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.
Qalereyada dərnək rəhbərləri tərəfindən payız mövzusunda 8 ustad dərsi keçirilib. Dərnək üzvləri rəngkarlıqla məşğul olub, yarpaqlardan müxtəlif  applikasiyalar və kollajlar düzəldib, tullantılardan maraqlı kompozisiyalar hazırlayıblar. Qrattaj texnikasında, ebru sənətində payız görüntüləri yaradıblar.
Təsviri Sənət Qalereyasında ilk dəfə olaraq  robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar rəngkarlıq və rəqəmsal təsvirdən əlavə, proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər. 

Tehsil-press.az

Oxşar xəbərlər