Azərbaycan Tibb Universitetinin xarici dillər kafedrasında “The events of 1918: died witnesses” kitabının təqdimatı keçirilib.
Əvvəlcə xarici dillər kafedrasının baş müəllimi Kəmalə İmanova çıxış edərək, xarici tələbələrə Xocalı soyqırımında baş verənlər haqqında qısa məlumat verdi.
Daha sonra sosial rifah və tədqiqatlar ictimai birliyinin sədri Əkrəm Bəydəmirli kitabı təqdim edərək, 5 illik araşdırmalar əsasında bu kitabın ərsəyə gəldiyini diqqətə çatdırdı. “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabında müəllif 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı yazılı mənbələrlə yanaşı sözügedən dövr haqqında məlumatı olan, həmin faciəni araşdıran insanlarla, canlı şahidlərlə müsahibələrə də üstünlük verib. Məlum olduğu kimi 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını görən insanların böyük əksəriyyəti bu gün dünyasını dəyişib. Onların çox az bir hissəsi indi həyatdadır. Tarixi faktların aşkarlanması baxımından şahidlərin müəyyən olunması, xatirələrinin toplanması və nəşr olunması onların müsbət haldır.
Tədbirin davamında ATU-nun daxili xəstəliklər kafedrasıınn dosenti Nağdəli Zamanov qeyd etdi ki, ”Kitabla tanış oldum, çox bəyəndim. Şübhəsiz ki, bu kitablar Azərbaycan xalqının başına gətirilən belə zorakırlıqların bütün dünyada tanıdılmasına kpmək edən yardımcı vəsaitlərdəndir”.
QHT-sədri Milli qəhrəmanın bacısı Naibə Behbudova və Xocalı soyqırımını tanıtma ictimai birliyinin sədri, jurnalist Şamil Sabiroğlu bu kitabın dəyəri haqqında öz təhlillərini verdilər.
Onlar ermənilər tərəfindən qəddarla həyata keçirilən Xocalı soyqırımının canlı şahidləri olduqlarını, onların öz ailələrinin üzvlərinin, doğmalarının da soyqırımına məruz qalan bu şəhidlər sırasında olduğunu hüznlü və kədərli notlarla dilə gətirdilər. Lakin onlar nikbinliklə qeyd etdilər ki, vətən torpağı uğrunda canından keçən Xocalı şəhidləri bugünkü müstəqilliyimizin bərqərar olmasının əsil qəhrəmanlarındandırlar. Qəhrəmanlar isə ölmürlər. Dünya gec-tez bu bu qəhrəmanlığı tanıyacaq.

ATU-nun Mətbuat Xidməti