“İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Erməni terroru və seperatizmi sivil dünya üçün təhlükəlidir - Xocalı soyqırımının təbliğinə dair təşəbbüslərə dəstək” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. Tədbir Azərbaycanda təhsil alan xarici tələbələr və işçi miqrantların məlumatlılıq səviyyəsini artırmaq məqsədilə təşkil edilib. Başqa universitetlərlə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alan xarici tələbələr də tədbirə qatılıb, politoloqlar onlara Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib.
İlk çıxış edən jurnalist Seymur Verdizadə bildirib ki, bu günkü tədbiri keçirməkdə məqsəd Azərbaycanda təhsil alan xarici tələbələrə ermənilərin ötən əsrin 90-cı illərində Xocalıda, ümumiyyətlə işğal edilmiş ərazilərdə törətdiyi qırğınlar barədə məlumat verməkdir. S.Verdizadə əlavə edib ki, biz də istəyirik ki, Azərbaycanda təhsil alan tələbələr öz ölkələrinə qayıdanda Azərbaycan xalqının terrordan necə əziyyət çəkdiyini öz cəmiyyətlərinə çatdırsınlar.
Politoloq Ramiz Alıyev vurğulayıb ki, BMT TŞ-nın 4 qətnaməsi var ki, erməni silahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır, amma bu gün o qətnamələr icra edilmir. BMT və dünya dövlətləri Ermənistanı o qətnamələri icra etməyə məcbur etmir. Tədbirdə iştirak edən politoloq İlqar Vəlizadə isə qeyd edib ki, bu müharibədə haqq ona görə Azərbaycanın tərəfindədir ki, Azərbaycan regionda multikultural dəyərləri bərqərar etmək istəyir. Ermənilər isə digər millətlərlə birlikdə yaşamağa hazır olmadığını göstərir. Politoloq əlavə edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması dialoq yolu ilə öz taleyini həll etməlidir, ermənilər buna imkan vermirlər.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Lalə Səfərli və Elxan Məmmədov Xocalı faciəsi haqqında məlumat veriblər. Tədbirin sonunda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alan türkiyəli tələbə Mahmud Akının “Leytenant” mahnısına həsr etdiyi video təqdim edilib.

AzMİU-nun Mətbuat Xidməti