İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib

İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Video + Yenilənib Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.

Tehsil-press.az “Posta” qəzetinə istinadən xəbər verir ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.
Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.
Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.
***
“Posta” xəbər verir ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.
***
“Milliyet”in məlumatına görə, terrorçunun qaldığı ev qırğız əsilli dostuna məxsus olub və o, ora 3 gün öncə gedib.





Tehsil-press.az

Oxşar xəbərlər