Bu barədə “Sabaha saxlamayaq” proqramının aparıcısı Vüsalə Məmmədova canlı efirdə məlumat verib.
Aparıcının sözlərinə görə, proqramın əməkdaşları Audiovizual Şura ilə əlaqə saxlayaraq müzakirə barədə məlumat veriblər və qurumun nümayəndəsini studiyaya dəvət ediblər. Lakin Şura bu müzakirədə iştirak etmək istəmədiyini bildirib.
Proqramın qonağı, müğənni Murad Arif isə məsələyə münasibət bildirərək deyib:
“Bizim danışmağımızla heç nə düzələn deyil. Audiovizual Şuradan nümayəndə gəlməyib. Bütün sualların cavabı da bu sükutdadır...”
Tehsil-press.az







