TARİXDƏ BU GÜN - 23 FEVRAL

TARİXDƏ BU GÜN - 23 FEVRAL 1911-ci il. Xalq artisti, görkəmli rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəylinin doğum günüdür (1911–1986). Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976). Şəmsi Bədəlbəyli filmlərə də çəkilib. “O qızı tapın”, “Axırıncı aşırım”, “Ömrün səhifələri” filmlərində yaddaqalan obrazlar yaradıb.
TARİXDƏ BU GÜN - 23 FEVRAL
1909-cu il. Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslının doğum günüdür (1909-1983). Orta əsrlər ədəbiyyatının tədqiqatçısı, elm təşkilatçısı olub.
TARİXDƏ BU GÜN - 23 FEVRAL
2003–cü il. Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov vəfat edib (1938-2003). 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.

Təhsil-press.az

Oxşar xəbərlər