Mətbəxdə hər gün istifadə etdiyimiz bəzi əşyalar vaxt keçdikcə sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilə bilir. Xüsusilə cızılmış və səthi zədələnmiş tavalar bu siyahıda ilk sıralarda yer alır. Çox vaxt "bir şey olmaz" deyib istifadə etməyə davam etdiyimiz bu qablar əslində qidanın tərkibini dəyişdirərək orqanizmə zərərli maddələrin sızmasına yol açır.Yapışmayan örtüklü, xüsusən də teflon tavaların səthi zədələndikdə qoruyucu təbəqə funksiyasını itirir. Cızılmış hissələrdən qidaya mikroskopik hissəciklər qarışır və yüksək temperaturun təsiri ilə zərərli kimyəvi birləşmələr ayrılmağa başlayır. Üstəlik örtüyü korlanmış tava artıq öz funksiyasını yerinə yetirmədiyi üçün yemək hazırlayarkən daha çox yağ və daha yüksək istilik tələb olunur. Bu isə həm qidanın keyfiyyətini aşağı salır, həm də zəhərli maddələrin yaranma riskini ikiqat artırır.
Boş halda qazın üzərində unudulan və ya həddindən artıq qızdırılan zədəli tavalar daha təhlükəlidir. Tavaların sıradan çıxmasının əsas səbəbi isə çox vaxt yanlış təmizlik və istifadə vərdişləridir. Metal qaşıqlar, çəngəllər və sərt süngərlərlə yuyulma prosesi tavaların ömrünü qısaldır. Kiçik cızıq zamanla genişlənərək tavanın bütün səthini yararsız hala salır. Sağlamlığı qorumaq üçün səthi aşınmış qablardan dərhal imtina etmək və mətbəxdə daha çox taxta və ya silikon ləvazimatlara üstünlük vermək tövsiyə olunur.
Tehsil-press.az














