Xalq yazıçısı Anar vida mərasimində səhnəyə çıxaraq mərhum Xalq artisti Rasim Balayevlə bağlı xatirələrini bölüşübAnar aktyorun yaradıcılığında danışaraq, oynadığı obrazlardan söz açıb:
"Belə bir gündə danışmaq ağırdır. Çünki dəyərli insanı - Rasim Balayevi itirdik. Azərbaycan kinosunun ən böyük siması idi. Kinomuz yaşadıqca o da yaşayacaq. Rasimlə biz sənət dostu idik. Mənim filmlərimdə də Rasimi öldürürdük. "Babək"də də, "Nəsimi"də də, "Dədə Qorqud"da canlandırdığı Beyrək də də onu ölürdük. Amma o ölərək böyük simaları yaşadır, əbədi ömür verirdi. Bu gün Rasim də dünyasını dəyişdi. Onun sənəti, insani keyfiyyətləri, həmişə bizimlə olacaq. Allah Rasimə rəhmət eləsin".
Tehsil-press.az
















