Bolqarıstanda parlament seçkilərində səsvermə başlayıb

Bolqarıstanda parlament seçkilərində səsvermə başlayıb Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə 9:00) səsvermə üçün açılıb.

Təhsil-press.az xəbər verir ki, Bolqarıstan parlamentinin 240 deputatı ümumxalq səsverməsi ilə dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu seçkilərdə 13 partiya, 9 koalisiya, 21 təşəbbüs qrupu iştirak edir və ümumilikdə 4732 deputat qeydə alınıb.
Bolqarıstan Daxili İşlər Nazirliyi seçki günü ictimai asayişin qorunmasına 14 min polis əməkdaşının cəlb olunduğunu bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər